İspaniyanın elektrik şirkətində bildirirlər ki, ölkə miqyasında elektrik enerjisinin təchizatının bərpasına başlanılıb

21:47, 28.04.2025

İspaniyanın “Red Electrica” elektrik şirkətində bildirirlər ki, ölkə miqyasında elektrik enerjisi təchizatının bərpasına başlanılıb. Şirkətin yaydığı bəyanatda qeyd edildiyi kimi, Pireney yarımadasına elektrik enerjisinin təchizatının bərpasına başlanılıb və yaxın vaxtda bütün regionların enerji təchizatı bərpa olunacaq.

“BBC”nin məlumatına görə, vətəndaşlar Malaqada elektrik enerjisinin artıq bərpa olunduğunu bildirirlər.

Bundan əvvəl, “Red Electrica”da ölkə miqyasında elektrik enerjisinin bərpasının 6-10 saat çəkəcəyini deyirdilər.

Lakin İspaniyanın nəqliyyat naziri Oskar Puente deyib ki, bu gün ölkə miqyasında qatarların hərəkəti bərpa olunmayacaq.

“Biz çalışırıq ki, elektrik enerjisi bərpa olunan kimi xidmətlərimizin yenilənməsini təmin edək, bu da, bu gün mümkün olmayacaq”, – nazir bildirib.

Onun dediyinə görə, İspaniya hava limanları əsasən generatorlarla işləyirlər, çünki onlar generatorlar vasitəsilə elektrik enerjisi ilə təmin olunurlar.

Oxşar