İspaniyanın elektrik şirkətində bildirirlər ki, elektrik enerjisinin bərpası 6-10 saat çəkəcək
İspaniyanın “Red Electrica” enerji şirkətində elektrik enerjisinin bərpasının 6-10 saat çəkəcəyini bildirirlər. Eduardo Prieto İspaniyanın böyük bir hissəsində elektrik kəsilməsini “görünməmiş hadisə” adlandırıb. Bununla yanaşı o, elektrik enerjisinin kəsilməsinin səbəbini izah etməkdən imtina edib.
İspaniyanın İctimai Yayımçısının məlumatına görə, hazırda İspaniya hökuməti fövqəladə iclasda elektrik enerjisinin kəsilməsi ilə bağlı məsələni müzakirə edir. İclasda ölkənin baş naziri Pedro Sançes iştirak edir.
Xatırladaq ki, bu gün İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi hər iki ölkədə problemlər yaradıb. Nəqliyyatın hərəkətində məhdudiyyətlər var, hava limanlarında uçuşlar yerinə yetirilmir, internet və mobil telefon əlaqəsi baxımından problemlər var.