İspaniyada, Lanzarote adasında təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib

16:07, 13.04.2025

Təbii fəlakətlə əlaqədar İspaniyanın Lanzarote adasında fövqəladə vəziyyət elan edilib.

Yerli medianın yazdığına görə, Kanar adalarının hakimiyyəti aramsız yağan yağışlar nəticəsində yaranan daşqın səbəbindən Lanzarotedə fövqəladə vəziyyət elan edib.

Evləri və qarajları su basıb. Adada avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hökumət sakinlərə xəbərdarlıq edir ki, çox zərurət olmadıqca avtomobillə səyahətdən çəkinsinlər.

Meteoroloqların məlumatına görə, Kanar adalarında növbəti günlərdə də yağıntı gözlənilir. Tenerife və Fuerteventura adalarında xüsusilə güclü yağış gözlənilir.

Oxşar