İspaniyada koronavirus ilə həlak olanların sayı bir az azaldı
İspaniyada koronavirus ilə həlak olanların sayı bir az azaldı

İspaniyada son 24 saat ərzində yeni koronavirus ilə həlak olanların sayı bir az azaldı. Son göstəricilərlə, son bir gün ərzində 683 insan dünyasını dəyişdi.

Ümumilikdə, ölkədə virusun yayılmasından bu günə qədər “COVID-19” virusu ilə 15 238 insan həlak olub.

Virusa yoluxanların sayı 146 690-dan 152 446-a qədər artdı.