İspaniyada "İslam Dövlətinin" üzvünü yaxaladılar
İspaniyada "İslam Dövlətinin" üzvünü yaxaladılar

İspaniya polisi Alikante vilayətində “İslam Dövləti” terror qruplaşmasının üzvlərindən birini yaxaladı. O, Almaniyada axtarışda idi. Yaxalanan Marakeşdən olan 25 yaşlı kişidir.

Yayılan məlumata görə, yaxalanan “İslam Dövlətinə” logistik istiqaməti ilə yardım edirdi və terrorçulara saxta passportlar hazırlayırdı.

2017-ci ildə Almaniya təhlükəsizlik qüvvələri reyd keçirdilər və qruplaşmanın iki nəfər üzvünü yaxaladılar, biri isə, qaçdı. İspaniyada yaxalanan şəxs qeyd olunan qruplaşmanın üzvüdür.