İspaniyada güclü yağış səbəbindən minlərlə insan təxliyə edilib

22:49, 13.11.2024

İspaniyada güclü yağış səbəbindən minlərlə insan təxliyə edilib.

Güclü yağışlar nəticəsində Valensiyada məktəblər və universitetlər bağlanıb, müxtəlif bölgədə minlərlə insan təxliyə edilib.

Milli Meteorologiya Xidməti cənubda yerləşən Malaga və şimal-şərqdə yerləşən Kataloniya bölgəsində qırmızı təhlükə səviyyəsi elan edib. Andalusia və Kataloniyanın regional hökumətləri sakinlərin mobil telefonlarına xəbərdarlıqlar göndərərək ehtiyatlı olmağa çağırırlar.

Xatırladaq ki,daşqın nəticəsində İspaniyada 220-dən çox insan həlak olub, ən azı 89 insan hələ də itkin düşmüş hesab olunur.

Oxşar