İspaniyada daşqın və torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub

14:29, 16.08.2026

İspaniyada daşqın və torpaq sürüşməsi nəticəsində iki nəfər həlak olub. Bu barədə “Reuters” yazır.

Fəlakət İspaniyanın şimal-qərb hissəsində, Kastiliya və Leon regionunda baş verib. Güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi iki qadının həyatına son qoyub, iki körpə isə yaralanıb.

İspaniyanın Mülki Müdafiə Xidməti ölkənin mərkəzi və şimal hissələrində yerləşən yeddi regionda fırtına və güclü yağışlarla bağlı xəbərdarlıq yayıb.

Güclü yağışların səbəb olduğu daşqınlar İspaniyada bir neçə həftə ərzində qeydə alınan rekord yüksək temperaturlardan sonra baş verib. Güclü isti hava son vaxtlar ölkənin müxtəlif bölgələrdə çox sayda irimiqyaslı meşə yanğınlarına səbəb olub.

Oxşar