İspaniyada, Barselona yaxınlığında meşə yanğını ilə mübarizə aparırlar
İspaniyada, Barselona yaxınlığında meşə yanğını ilə mübarizə aparırlar, – bu barədə İspaniya agentliyi yazır.
Medianın yazdığına görə, yanğın artıq 2 300 hektar sahəni məhv edib. Gecə saatlarında yanğının söndürülməsi prosesində 500-ə yaxın yanğınsöndürən iştirak edirdi.
Barselonanın şimalında başlayan yanğın milli parkın ərazisinə də yayılıb, həmçinin bir yaşayış evi yanıb.
Xəsarət alan yoxdur.
Yanğın səbəbindən ətrafdakı yeddi bələdiyyənin təxminən 12 min sakininə evlərində qalmaları, pəncərələri bağlamaları və xüsusi göstəriş verilmədən yanğın zonasını tərk etməyə cəhd göstərməmələri tövsiyə olunub. Yanğınsöndürən-xilasetmə xidməti bildirir ki, özbaşına təxliyə ciddi təhlükə yaradır, çünki insanlar yolda alovun mühasirəsində qala bilərlər.