İspaniya xarici işlər naziri - Avropa öz müdafiə sənayesini birləşdirməli və Avropa ordusunun yaradılmasına doğru irəliləməlidir
İspaniyanın xarici işlər naziri hesab edir ki, Avropanın öz ordusu olmalıdır.
Xose Manuel Alvaresin dediyinə görə, Avropa “üçüncü tərəflərdən asılı olmadan” öz çəkindirmə vasitələrinə sahib olmaq üçün müdafiə sənayesini birləşdirməlidir və “Avropa ordusuna doğru irəliləməlidir”.
Mövcud qlobal vəziyyətdən danışan Alvarez qeyd edib ki, ABŞ-ın Venesuelaya müdaxiləsi və Qrenlandiyaya qarşı təhdidləri ilə “beynəlxalq nizamı dəyişdirmək cəhdi görürük”.
Onun sözlərinə görə, Avropa “öz gücünü” dərk etməli və qitədə müharibənin yolverilməzliyini əhatə edən prinsipləri gücləndirməlidir.
İspaniya xarici işlər naziri Vaşinqton və Brüssel arasında onilliklər ərzində davam edən, ortaq dəyərlərə və qarşılıqlı faydaya əsaslanan güclü bir ittifaqdan sonra Donald Tramp administrasiyasının “fərqli baxışlarla” ortaya çıxmasından təəssüfləndi.
Onun dediyinə görə, Avropalılar “təslim olmamalıdırlar”.
Bununla yanaşı, Albarez Donald Trampın təhdidinin NATO-nun dağılmasına səbəb olacağını hesab etmir.
“Mən bunu imkan olaraq belə qəbul etmirəm”, – deyə Albarez bildirib və qeyd edib ki, yalnız Qrenlandiyalılar və Danimarkalılar ölkələrinin ərazi bütövlüyü və suverenliyi barədə qərar verə bilərlər.