İspan nəşri - Ermənistan, Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən idarə olunmasını nəzərdə tutan memorandum haqqında razılığa gəliblər
Ermənistan, Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən idarə olunmasını nəzərdə tutan memorandum haqqında razılığa gəliblər.
Bu barədə ispan nəşri “Periodista Digital” məlumat yayır.
Nəşr yazır ki, Fransadakı erməni diasporunun nümayəndələri vasitəsilə “Tramp körpüsü nəqliyyat dəhlizinin yaradılmasına dair anlaşma memorandumu” adlı məxfi sənəd əldə olunub.
Mənbələrin məlumatına görə, bu mətn artıq Ermənistan, Azərbaycan və ABŞ-da təsdiqlənib.
İspaniya nəşri yazır ki, memorandum “Tramp körpüsü ikitərəfli regional iqtisadi dəhliz və müdafiə qapısı” layihəsinin həyata keçirilməsini nəzərdə tutur.
42 kilometrlik nəqliyyat dəhlizi Ermənistan Respublikasının Sünik bölgəsindən keçəcək. Erməni diasporası üçün əlçatan olan memorandumda deyilib ki, Ermənistan Sünik bölgəsi üzərində suverenliyini qoruyub saxlayır. Hərçənd, nəqliyyat dəhlizinin müvafiq lisenziya almış özəl Amerika şirkəti tərəfindən idarə olunacağı dəqiqləşdirilib. Dəhlizdən istifadə nəticəsində əldə olunan gəlirlərin bölüşdürülməsi bu sazişin əsas maraqlarını vurğulayır.

ABŞ-ın idarəedici şirkəti gəlirin 40 faizini əldə edəcək, Ermənistan isə cəmi 30 faizini. Nəşrin məlumatına görə, Amerika şirkətinə şirkətinə 99 il müddətinə fəaliyyət göstərmək üçün lisenziya veriləcək. Qeyd etmək lazımdır ki, memorandum ABŞ-ın mühüm qüvvələrinin Ermənistan ərazisində yerləşdirilməsini nəzərdə tutur. Nəqliyyat dəhlizi boyunca təhlükəsizliyin təmin edilməsinə 1000 hərbçi cavabdeh olacaq. Nəşrin qiymətləndirməsinə görə, memorandumun müddəalarının həyata keçirilməsinin əsas benefisiarları ABŞ və Türkiyə olacaq.
“Türkiyə üçün bu, iqtisadi fayda gətirə biləcək bir məsələ olsa da, Amerika Birləşmiş Ştatları öz strateji maraqları çərçivəsində ilk növbədə Ermənistan və İran arasında sərhəddə ciddi nəzarətin qurulmasını hədəfləyir. İlkin olaraq sərhədə ağır silahları olmayan əsgərlər nəzarət edəcək. Lakin ordu üçün bu o deməkdir ki, İranla İslam Respublikasının əsas düşməni olan ABŞ arasında heç bir məsafə qalmayacaq. Bu, Aralıq dənizindən Cənubi Qafqaza qədər uzanan regionda genişmiqyaslı müharibənin başlanması təhlükəsi yaradır. Erməni-Amerika memorandumu Ermənistan üçün fəlakətdir. Bu, onu hər cür suverenlikdən məhrum edir. ABŞ-ın bu işğalı bu kiçik ölkənin problemlərini həll etməyəcək. Bundan ancaq ABŞ və Türkiyə faydalanacaq”, – məqalədə yazılıb.