İslandiya və Andorrada koronavirusun ilk halları qeydə alındı
İslandiya və Andorrada koronavirusun ilk halları qeydə alındı

İslandiya və Andorrada koronavirusun ilk halları qeydə alındı. Bu barədə məlumatı “BBC” teleşirkəti yayır.

İslandiyada virusa üç pasient yoluxub. Onların üçü də az öncə İtaliyanın şimal hissəsindən qayıtdı. Andorrada bir neçə gün bundan əvvəl Milandan qayıdan kişi hospitallaşdırılıb.

Bununla yanaşı yoluxmanın ilk halı Hindistanın paytaxtında aşkar edildi. “Covid-19” diaqnozu üç nəfərdə müəyyən edildi.

Hazırda dünya miqaysı ilə koronavirusa yoluxanların sayı 90 000-ə çatır. Həlak olanların sayı isə, 3 000-dən artıqdır.