“İslami Cihad”ın girovun cəsədini İsrailə təhvil verdiyi ehtimal edilir
Fələstinin “İslami Cihad” qruplaşmasının girovun cəsədini İsrailə təhvil ehtimal edilir.
İsrail mediasının məlumatına görə, cəsədin təhvili “Qırmızı Xaç”ın vasitəçiliyi ilə həyata keçirilib.
Cəsədin şəxsiyyəti müəyyən edildikdən sonra, əgər onun həqiqətən keçmiş girova aid olduğu təsdiqlənsə, bu, Qəzza sektorunda daha beş girovun cəsədinin qaldığı anlamına gəlir.
Fələstinli qruplaşmalar hansı girovun cəsədini İsrailə təhvil verdiklərini dəqiqləşdirmirlər.