İşğal olunmuş Abxaziyada elektrik enerjisinin məhdudlaşdırılması saatları artıb
İşğal olunmuş Abxaziyada elektrik enerjisinin məhdudlaşdırılması saatları artıb. Bundan sonra elektrik enerjisi sutkada 6 saat ərzində – gün ərzində dörd saat, gecə isə iki saat kəsiləcək.
“Rusiya Federasiyasının elektrik enerjisinə qənaət edilməsi zərurəti ilə əlaqədar, yanvarın 9-dan elektrik enerjisinin tədarükündə yeni məhdudiyyətlər qüvvəyə minəcək. Bu tədbirlər enerji resurslarından istifadəni optimallaşdırmaq məqsədi daşıyır”, – işğal rejiminin enerji şirkətinin bəyanatında qeyd olunub.
Abxaziyanın separatçı rejiminin tələbi ilə dekabrın 23-dən Rusiyadan elektrik enerjisinin humanitar tədarükünə başlanılıb.