İşğal olunmuş Abxaziya Enguri keçid məntəqəsini bir həftə müddətinə bağlayacaq
İşğal olunmuş Abxaziya Enguri keçid məntəqəsini bir həftə müddətinə bağlayacaq

İşğal olunmuş Abxaziyanın separatçı rejimi oktyabrın 23-dən 30-dək Enguri çayı üzərində mövcud çıxışı bağlayacaq.

Marionet rejiminin nümayəndələrinin bildirdiyinə görə, “Enquri keçid məntəqəsinin müvəqqəti olaraq bağlanması qərarı Gürcüstanın  parlament seçkiləri zamanı, radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədar  qəbul edilib”.

Gürcüstan hakimiyyətinin nəzarətində olan ərazidə olacaq “Abxaziya bölgəsinə qayıtmış və yaşayış icazəsi olan şəxslər” üçün istisna olacaq.