İşğal edilən Abxaziyada bəyan edirlər ki, İrakli Kvaratsxelianın cəsədi ailəsinə bugün veriləcək
İşğal altında olan Abxaziyanın de-fakto Xarici İşlər Naziri Daur Kove bəyan edir ki, İrakli Kvaratsxelianın cəsədi ailəsinə bugün veriləcək.
Bu barədə məlumatı o Birinci Kanala verdi.
Daur Kovenin dediyinə görə, Qalidə Gürcüstan vətəndaşının ölüm səbəbi suiqəst idi.
“O sərhədi qeyri-qanuni şəkildə keçdi və hüquqmühafizəçilər tərədindən həbs edildi. Sərhəd xidmətində açıqlama yazdıqdan sonra o naməlum şərtlərdə özünü öldürüb. Bunu təsdiqləyən video-kadrlarımız da var” – dedi Daur Kove.
Qalidə de-fakto iqtidar tərəfindən həbs edilən Gürcüstan vətəndaşının ölümü ilə bağlı məlumat bugün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayıldı.