İşğal altındakı Qalidə yanğına görə əhalinin təxliyyəsi planlaşdırılır
İşğal altındakı Qalidə yanğına görə əhalinin təxliyyəsi planlaşdırılır. Bu haqda işğal altındakı Qali bölgəsinin dırnaqarası rəhbəri Konstantine Pilia yerli mediaya bildirib.
Pilia, külək səbəbindən yanğının yayıldığını və tikililərə keçməkdə olduğunu bildirir.
“Vəziyyət mürəkkəbdir. Yanğın kifayət qədər ciddidir. Güclü külək var, nəticədə də yayılır və tikililərə keçir. Mən əhaliyə müraciət etmək istəyirəm ki, diqqətli olun. Təxliyyə lazım ola bilər, rayonun yuxarı hissəsində isə insanların təxliyyəsi zəruri olacaq. Əgər elektrik enerjiniz yoxdursa, qorxmayın, çünki qısaqapanma təhlükəsi səbəbindən onu söndürmüşük. Xəbərləri izləyin” – Konstantine Pilia bildirib.
Yanğının söndürülməsi işlərinə Enquri SES-nın yanğınsöndürənlərdən ibarət bölməsi cəlb olunub.