İsaak Hersoq Mixeil Ğavelaşvilini və bütün Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir
İsaak Hersoq Mixeil Ğavelaşvilini və bütün Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir

İsrail Dövlətinin Prezidenti İsaak Hersoq Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini və bütün Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir.

İsaak Hersoqun söylədiyinə görə, İsrail Gürcüstanla olan mühüm əlaqələri qiymətləndirir.

“İsrail Dövləti və onun vətəndaşları adından Gürcüstanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz Gürcüstanla mövcud olan mühüm əlaqələri dərindən qiymətləndiririk, çünki bizi ümumi geosiyasi maraqların bir sıra sahəsi bağlayır. Xalqlarımız arasında ticarət, turizm və mədəni mübadilə kimi mühüm sahələrdə tərəfdaşlığı dərinləşdirmək və genişləndirmək üçün səylərimi davam etdirəcəyəm. Siyasətdən başqa, iki xalqımız arasında dərin və tarixi əlaqə var. Gürcüstanda mövcud rəngarəng yəhudi cəmiyyəti və gürcü yəhudiləri dostluq münasibətlərimizin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratmaqla aramızda canlı körpü rolunu oynamaqda davam edirlər. Bir daha, sizi və gürcü xalqını bu milli əhəmiyyətli gün münasibətilə təbrik edirəm. Sizə sülh və firavanlıq arzulayıram”, – təbrik məktubunda deyilib.