İrlandiyanın xarici işlər naziri – Şərq Tərəfdaşlığına üzv bir çox ölkə indi öz təhlükəsizliyi ilə bağlı bir il əvvəl olduğundan daha çox düşünür

13:14, 12.12.2022

 

Şərq Tərəfdaşlığına üzv bir çox ölkə indi öz təhlükəsizliyi ilə bağlı bir il əvvəl olduğundan daha çox düşünür-bu barədə İrlandiyanın xarici işlər naziri Saimon Koven Brüsseldə, Şərq Tərəfdaşlığına üzv dövlətlərin ministerialı və Avropa İttifaqının xarici işlər nazirləri şurasının iclası başlamazdan açıqlayıb.

O, gələcək iqtisadi və siyasi sabitlik baxımından Aİ üzvlüyünün dəyəri və cəlbediciliyinin indi başqa prizmadan göründüyünü, çünki təcavüzün Şərqdən gəldiyini bildirib.

“Şərq Tərəfdaşlığı indi hər zaman olduğundan daha vacibdir. Ukraynadakı müharibə və Rusiyanın təcavüzü bir çox şeylərə, o cümlədən bu münasibətlərə təsir edir. Fikrimcə, Şərq Tərəfdaşlığına üzv bir çox ölkə indi öz təhlükəsizliyi ilə bağlı bir il əvvəl olduğundan daha çox düşünür. Gələcək iqtisadi və siyasi sabitlik baxımından Aİ üzvlüyünün dəyəri və cəlbediciliyi indi fərqli prizmadan görünür, çünki təcavüz Şərqdən gəlir. Şərq tərəfdaşlarımızla danışacağımız çox şey var və ümid edirəm ki, bugünkü görüş əlaqələrimizi inkişaf etdirməyə kömək edəcək” – deyə İrlandiyanın xarici işlər naziri açıqlayıb.

Brüsseldə Gürcüstanın xarici işlər nazirinin də iştirak edəcəyi “Şərq Tərəfdaşlığı”nın ministerialı keçiriləcək.

Oxşar