İrkutsk vilayətində hərbi xidmətə çağırış ofisinə gənc oğlan atəş açıb, hərbi komissar yaralanıb

12:15, 26.09.2022

 

Rusiyada, İrkutsk vilayətində hərbi komissar Aleksandre Eliseyev güllələnib. Rus mətbuatı məlumatı İrkutsk qubernatoruna istinadən yayır.

İqor Kobzev İrkutsk vilayətinin Ust-Liminsk şəhərində gənc oğlanın hərbi xidmətə çağırış ofisinə atəş açdığını bildirib. Qubernator hərbi komissar Aleksandre Eliseyevin yaralandığını açıqlayıb və o, reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

“Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əmr vermişəm. Hər kəsdən sakitliyi qorumağı xahiş edirəm” -deyə qubernator əlavə edib.

Mətbuat gəncə qarşı cinayət işi açıldığını yazır.

Sentyabrın 21-dən Vladimir Putinin əmri ilə Rusiyada qismən hərbi səfərbərlik elan edilib.

Oxşar