İrəvanın ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb, 61 nəfər xəsarət alıb
İrəvanın ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb, 61 nəfər xəsarət alıb. Bu gün səhər saatlarından ölkənin baş naziri Nikol Paşinyan və paytaxtın meri Hrachia Sarkisyan faciənin baş verdiyi yerə gediblər. Daxili İşlər Nazirliyi partlayış nəticəsində itkin düşənlərin siyahısını dərc edir, siyahıda 25 nəfərin adı var. Ehtimal ki, onlar dağıntılar altında qalıblar.
Xəsarət alanlar arasında beş yaşlı qız və hamilə qadın var. Həkimlər 36 yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. Xəsarət almış 22 nəfər artıq evə yazılıb.
Avqustun 14-də günorta saatlarında Ermənistanın paytaxtı İrəvanda yerləşən ticarət mərkəzində partlayış baş verib. Partlayışın ticarət mərkəzində yerləşən pirotexniki anbarda baş verdiyi ehtimal edilir. Yanğınsöndürənlər bir neçə saatdan sonra yanğını lokallaşdıra biliblər.