İrəvanın ticarət mərkəzində baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb
İrəvanın ticarət mərkəzində baş verən partlayış nəticəsində, azyaşlı və hamilə qadın daxil olmaqla həlak olanların sayı 16-ya çatıb. Axtarış-xilasetmə əməliyyatı bu dəqiqələrdə də davam edir. Həlak olan 10 nəfərin kimliyi hələlik müəyyən edilməyib. 18 nəfər bu vaxtadək itkin düşmüş hesab olunur.
Partlayış nəticəsində 61 nəfər yaralanıb, onlardan yeddisi bu vaxtadək xəstəxanada müalicəsini davam etdirir.
Avqustun 14-də Ermənistanın paytaxtında ticarət mərkəzində yerləşən pirotexniki vasitələr anbarında partlayış baş verib.