İrəvanda hökumət əleyhinə etiraz aksiyaları başlayıb
İrəvanda hökumət əleyhinə etiraz aksiyaları başlayıb. Erməni mətbuatının məlumatına görə, etirazçılar küçələri bağlamağa başlayıblar.
Etirazçıların bəziləri Ermənistanın paytaxtındakı Fransa meydanında çadırlar quraraq, gecəni küçələrdə keçiriblər. Etirazçılar məqsədlərinə çatana qədər evlərinə getməyəcəklərini bildirirlər. Onların əsas məramı isə ölkənin hazırkı baş nazir Nikol Paşinyanın komandasının istefasıdır.
Bu dəqiqələrdə Miasnikian , Heratsi, Qnuni, Vardanants mərkəzi prospektləri və digər yerlər bağlıdır , tıxac yaranıb.