İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına hücumu nəticəsində ən azı on amerikalı hərbi qulluqçu xəsarət alıb
İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına hücumu nəticəsində ən azı on amerikalı hərbi qulluqçu xəsarət alıb

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına hücumu nəticəsində ən azı on amerikalı hərbi qulluqçu xəsarət alıb. Bu barədə “CNN” ABŞ-ın rəsmi şəxslərinə istinadən məlumat yayır.

Mənbələrin məlumatına görə, yanacaqdoldurma tankeri də zədələnib.

Medianın məlumatına görə, hücum nəticəsində heç bir hərbi qulluqçu həlak olmayıb. Mənbəyə istinadən bildirilib ki, xəsarət alanlardan ikisində qəlpə yaraları olub və onlar həyat üçün təhlükə yaratmır.

“CNN”in məlumatına görə, qalan yaralıların xəsarətlərinin təbiəti naməlumdur.