İranın Səhiyyə Nazirliyi bildirir ki, münaqişə başlayandan bəri İsrailin zərbələri nəticəsində ölkədə azı 430 nəfər həlak olub, 3.500 nəfər isə yaralanıb
İranın Səhiyyə Nazirliyi bildirir ki, münaqişə başlayandan bəri İsrailin zərbələri nəticəsində ölkədə azı 430 nəfər həlak olub, 3.500 nəfər isə yaralanıb

İran Səhiyyə Nazirliyinin göstəricilərinə əsasən, münaqişə başlayandan bəri İsrailin İranda endirdiyi zərbələr nəticəsində azı 430 nəfər həlak olub, 3.500 nəfər isə yaralanıb.

İranın səhiyyə qurumu ötən həftə bildirirdi ki, həlak olanların sayı 224 nəfərdir, halbuki insan haqları təşkilatı 657 nəfərin həlak olduğu barədə məlumat verirdi.

İsrail hakimiyyətinin göstəricilərinə əsasən, iyunun 13-dən bu yana ölkədə 25 nəfər, o cümlədən biri ürək tutmasından həlak olub, 2517 nəfər isə yaralanıb.

Məlumat üçün bildirək ki, İsrail iyunun 13-də İrana qarşı hərbi hava əməliyyatı keçirib və bunun ardınca İranın cavab hücumları olub.