İranın Səhiyyə Nazirliyi ABŞ-İsrail hücumlarında 230-dan çox uşağın həlak olduğunu, 1800-dən çox uşağın isə yaralandığını bildirir
İranda ABŞ və İsrailin birgə hərbi zərbələri nəticəsində müharibənin başlanmasından bu günə qədər 230-dan çox uşaq həlak olub, 1 800-dən çoxu isə yaralanıb. Bu barədə “Reuters” İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.
Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-İsrailin birgə hücumları nəticəsində ölkənin tibb və səhiyyə infrastrukturuna ciddi ziyan dəyib.
Yayılan məlumata görə, hücumlar nəticəsində 50 ilkin yardım məntəqəsi, 41 tibb mərkəzi və 199 səhiyyə müəssisəsi zərər görüb.
Bununla yanaşı, altı xəstəxana təxliyə həyata keçirməyə məcbur qalıb, 38 təcili yardım maşını zədələnib və 24 tibb işçisi həlak olub.