İranın Prezidenti Rusiyada “BRİCS”in sammitində iştirak edəcək

12:41, 16.09.2024

 
İranın Prezidenti Masud Pezeşkiyan Rusiyada “BRİCS”in sammitində iştirak edəcək.

İranın Rusiyadakı səfiri Ğazem Calilinin bəyanatına əsasən, sammit çərçivəsində İranın Prezidenti rusiyalı həmkarı Vladimer Putinlə oktyabrın 22-24-nə planlaşdırılan danışıqlar aparacaq.

Kazanda planlaşdırılan sammitdə Rusiya və İran ola bilsin ikitərəfli əməkdaşlıq sazişi imzalasınlar. Səfər iki hökumət arasında hərbi əməkdaşlığın dərinləşməsi fonunda baş verir.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken ötən həftə Rusiyanın İrandan ballistik raketlər aldığını və onları bir neçə həftə ərzində Ukraynada yerləşdirə biləcəyini demişdi. Blinken həmçinin qeyd etdi ki, Moskva ilə Tehran arasında əlaqələrin dərinləşməsi bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid yaradır.

“BRİCS” bərabərlik prinsipi əsasında yaradılmış beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının dövlətlərarası birliyidir. İran 2014-cü ilin yanvarın 1-də təşkilata qoşulub.

Oxşar