İranın müdafiə naziri - İran təchiz olunub və illər ərzində davam edə biləcək müharibəyə hazırdır
İranın müdafiə naziri - İran təchiz olunub və illər ərzində davam edə biləcək müharibəyə hazırdır

İran təchiz olunub və illər ərzində davam edə biləcək müharibəyə hazırdır, – bu barədə İranın müdafiə naziri general Əziz Nəsirzadə bildirib.

İran Müdafiə Nazirliyinin rəhbərinin söylədiyinə görə, iranlı komandirlərinin qətlə yetirilməsi Silahlı Qüvvələrin iradəsini və ölkəni müdafiə etməyə hazırlığını sarsıtmayacaq.

“Sionist rejimin şər və cinayətləri şübhəsiz ki, onların zalım və bədbəxt həyatını qısaldacaq və bu şər rejimi devirmək üçün İranın güclü milli əzmini, müdafiə və hücum gücünü gücləndirəcək. Biz tam hazırıq və əməliyyat qüvvələrimizi hər cəhətdən dəstəkləyəcəyik. Biz çoxillik mübarizəyə hazırıq və silahlı qüvvələr tam təchiz olunub. Sionist cinayətkarlar bizim Silahlı Qüvvələrimizdən mütləq məhvedicı və təəssüf doğuran cavab gözləməlidirlər”, – Əziz Nəsirzadə bildirib.