İranın xarici işlər naziri – İsrailin zərbələri müharibə elan etmək deməkdir

16:39, 13.06.2025

İsrailin zərbələri müharibə elan etmək deməkdir, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“BBC”nin yazdığına görə, İranın xarici işlər naziri BMT-yə göndərdiyi məktubda İsrailin zərbələrini “müharibə elanı” adlandırır.

Bununla yanaşı, bəyanatda deyilib ki, Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını bu məsələni dərhal müzakirə etməyə çağırır.

Oxşar