İranın xarici işlər naziri- İran Rusiyaya ballistik raketlər tədarük etməyib, sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir

18:58, 11.09.2024

İranın xarici işlər naziri Abbas Əraqçi İranın ballistik raketləri Rusiyaya təhvil verməsi ilə bağlı məlumatları təkzib edir. Bu barədə Abbas Əraqçı sosial şəbəkədə yazır.

“Bir daha ABŞ və E3 zəif işləyən kəşfiyyat və səif məntiq əsasında hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib.İran Rusiyaya ballistik raketlər tədarük etməyib. nöqtə. Sanksiya tərəfdarları özlərinə sual verməlidirlər ki, İran bu cür silahları necə istehsal edib sata bilər? Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, – Ağaçı yazır.

Xatırladaq ki, Böyük Britaniya, Fransa və Almaniya (E3) birgə bəyanat yayaraq, İranın Rusiyaya ballistik raketlər tədarük etməsini pislədiklərini qeyd ediblər. Bununla yanaşı, Böyük Britaniya İran və Rusiyaya sanksiyalar tətbiq edib. ABŞ da Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana sanksiya tətbiq edib.

Oxşar