İranın hərbi komandanlığında bildirirlər ki, onlar Hörmüz boğazını bağlayacaqlar, buna səbəb kimi isə İsrailin Livana qarşı həyata keçirdiyi hücumları göstərirlər
İranın hərbi komandanlığında bildirirlər ki, onlar Hörmüz boğazını bağlayacaqlar, buna səbəb kimi isə İsrailin Livana qarşı həyata keçirdiyi hücumları göstərirlər. Bu barədə məlumatı “CNN” yayır.
Komandanlıqda bildirdiklərinə görə, İsrail Livandakı atəşkəs sazişini pozduğu, ABŞ isə “müharibənin başa çatması barədə müvəqqəti saziş”in birinci bəndini yerinə yetirmədiyi üçün boğaz bağlanacaq.
“Amerika Birləşmiş Ştatlarının vicdansız hərəkətlərini və öhdəliklərini açıq şəkildə pozmasını, xüsusilə də müharibənin başa çatması barədə memorandumun birinci maddəsini yerinə yetirməməsini nəzərə alaraq, və həmçinin sionist rejimin Cənubi Livanda atəşkəs sazişini davamlı və cari şəkildə pozmasına cavab olaraq Hörmüz boğazının gəmilərin hərəkəti üçün bağlanacağını bəyan edirik”, – bu barədə dövlət yayımçısı tərəfindən yayılan İran Silahlı Qüvvələrinin Ali Birləşmiş Komandanlığının, “Xatəm əl-Ənbiyə” mərkəzi qərargahının bəyanatında qeyd olunub.