İranın dövlət televiziyasında bildirirlər ki, bomba hücumu nəticəsində televiziyanın bir neçə əməkdaşı həlak olub
İranın dövlət televiziyasında bildirirlər ki, bomba hücumu nəticəsində televiziyanın bir neçə əməkdaşı həlak olub

İranın dövlət televiziyasında bildirirlər ki, İsrailin hücumu nəticəsində televiziyanın bir neçə əməkdaşı həlak olub. Bu barədə “BBC” məlumat yayır.

“BBC”nin məlumatına görə, İranın dövlət televiziyası minlərlə insanın çalışdığı kiçik bir yaşayış məntəqəsində yerləşir.

Bundan əvvəl İsrail Tehranın üçüncü rayonunu göstərən bir xəritə yayımlayıb və vətəndaşlara təxliyə olunmaları barədə çağırış edib. Xəritədə həmçinin İranın dövlət televiziyası da göstərilmişdi.

İranın dövlət televiziyasının rəhbəri Peyman Cebeli deyir ki, “Televiziya və onun əməkdaşları sona qədər möhkəm dayanacaqlar”.