İranın dövlət mediası Ayətullah Əli Xameneinin həlak olduğunu təsdiqləyib, ölkədə 40 günlük matəm elan edilib
İranın dövlət mediası ölkənin ruhani lideri Ayətullah Əli Xameneinin həlak olduğunu təsdiqləyib. Bu barədə “BBC”nin yazır.
Onların məlumatına görə, ölkədə 40 günlük matəm elan edilib.
Təsdiqdən qısa müddət sonra İran “İslam İnqilabı Keşikçiləri Korpusu” bəyanat yayıb və ABŞ-ın hərbi bazalarına və İsrailə hücum etməklə hədələyib.
“İran İslam Respublikası silahlı qüvvələrinin işğal olunmuş ərazilərə və Amerika terrorçularının bazalarına qarşı tarixində ən dağıdıcı hücum əməliyyatı bir neçə dəqiqəyə başlayacaq”, – Bəyanatda deyilib.