İranın Bəhreynə hücumu nəticəsində ən azı üç nəfər yaralanıb, universitet binasına ziyan dəyib
İranın Bəhreynə hücumu nəticəsində ən azı üç nəfər yaralanıb və universitet binasına ziyan dəyib, – bu barədə “BBC”nin Bəhreyn Daxili İşlər Nazirliyinə istinadən yazır.
Hadisə Bəhreynin Muharraq şəhərində baş verib. Nazirliyin məlumatına görə, raket qalıqlarının düşməsi nəticəsində insanlar xəsarət alıb.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, İran dronları ilə həyata keçirilən hücum ölkədə yerləşən fabriklərdən birinə də ziyan vurub.