İranın Baş Prokuroru bildirir ki, bütün etirazçılar, həmçinin onlara əmlaka zərər vurmaqda və ölkənin təhlükəsizliyinə xələl gətirməkdə kömək edən şəxslər edam cəzasına məhkum ediləcəklər
İranın Baş Prokuroru bildirir ki, əmlaka zərər vuran və ölkənin təhlükəsizliyinə xələl gətirən bütün etirazçılar edam cəzasına məhkum ediləcəklər. Onun dediyinə görə, onlara kömək edənləri də eyni aqibət gözləyir.
Bu barədə “Sky News” xəbər verir.
Məhəmməd Movahedi Azadinin bildirdiyinə görə, bütün etiraz iştirakçılarına “Tanrının düşmənləri” kimi ittiham irəli sürüləcək.
Movahedi Azadi bildirib ki, bu, əmlaka zərər vuran və təhlükəsizliyə xələl gətirən “üsyançılar və terrorçular”, həmçinin, onlara kömək edənlərə aiddir.
Onun dediyinə görə, prokurorlar heç bir “rəğbət və ya anlayış” göstərməməlidirlər.