İranda koronavirusdan həlak olanların sayı dörd nəfərə qədər artdı
İranda koronavirusdan həlak olanların sayı dörd nəfərə qədər artdı

İranda yeni tipli koronavirusla həlak olanların sayı dördə qədər artıb.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, bütün ölkə miqyasında virusla xəstələnənlərin sayı 13 nəfərdir.

Onlardan dördü Tehran şəhərdədi.

Yeni virusa yoluxma halı Yaxın Şərqdə, ilk öncə İsraildə aşkarlandı.

İsrail vətəndaşı olan qadın, virusa yoluxanların olduğu kruiz gəmisi “Daimond Prinsesdə” idi.

Həmin gəmidə 11 İsrail vətəndaşı var idi, ancaq virusla sadəcə biri xəstələndi.

Son göstəricilərə görə, virusun episentri olan Çində, koronavirusdan ölənlərin sayı 2 236 nəfərdir, yoluxanların sayı isə, 75 465.