İranda hökumət əleyhinə nümayişçilərə dəstək verən məşhur aktrisa saxlanılıb
İranda hökumət əleyhinə nümayişçilərə dəstək verən məşhur aktrisa saxlanılıb. Onun barəsində “yalan yaymaq” ittihamı irəli sürülüb.
38 yaşlı Tarane Alidost etirazları sərt üsullarla yatırdığına görə İran hökumətini açıq şəkildə tənqid edirdi. O, hicabsız fotolarını İnstagram səhifəsində yerləşdirib. O, həmçinin nümayiş iştirakçılarının edam edilməsi faktlarını pisləyib.
İran hakimiyyətində açıqlandığı üzrə aktrisa sosial şəbəkədəki paylaşımlarında təqdim etdiyi məlumatı sübutlarla təsdiq edə bilməyib.
Xatırladaq ki, İranda hökumət əleyhinə etirazlar sentyabr ayından bəri davam edir. Medianın məlumatına əsasən 400-dən çox adam ölüb, 1800 nəfər saxlanılıb. Onlardan bəziləri haqqında ölüm hökmü çıxarılıb.