İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub
İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub

İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

İran dövlət mediasının məlumatına görə, İran ordusuna məxsus helikopter İsfahanın mərkəzi əyalətində, meyvə bazarında düşüb, nəticədə iki pilot və bazarda olan iki nəfər həlak olub.

Helikopterin Dörçeh şəhərində qəzaya uğraması nəticəsində yanğın baş verib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, İranın aviasiya təhlükəsizliyi göstəriciləri zəifdir və buna görə də fəlakətlər tez-tez baş verir.

Ötən həftə İranın müntəzəm hava qüvvələrinə məxsus F-4 tipli qırıcı Qərbi Həmədanda qəzaya uğrayıb, nəticədə bir pilot həlak olub