İranda demonstrantlar dini məktəbə hücum etdilər
İranda demonstrantlar dini məktəbə hücum etdilər

İranda demonstrantlar dini məktəbə hücum etdilər.

Bu barədə məlumatı Fars agentliyi yayır.

Agentliyin məlumatına görə, demonstrantlar anti-iqtidar lozunqlarını verirdilər və dini məktəbə zorla daxil olmağa çalışırdılar.

Polis demonstrantlara qarşı gücdən istifadə etdi. Hadisə Karaca şəhərində baş verdi.

Görənlərin dediyinə görə, demonstrantların sayı 500-dən artıq idi və onlar ölkədə mövcud olan sistemə qarşı lozunqlar çığırırdılar.

Son zamanlarda İranda etiraz aksiyaları tez-tez baş verir, ancaq yerli medya tərəfindən qeyri-qanuni aksiyaların işıqlandırılmasının qadağan olduğu üçün aksiyaların dəqiq sayı məlum deyil.

Sosiyal şəbəkədə yayılan məlumatlara əsasən, etiraz edən vətəndaşlar İranın dini lideri Ayataolla Xamaneiyə qarşı çıxırlar.