İranda bildirirlər ki, ABŞ və İsrail iki nüvə obyektinə hücum ediblər, yayılan məlumata görə, radioaktiv maddənin yayılması baş verməyib
İranda bildirirlər ki, ABŞ və İsrail iki nüvə obyektinə hücum ediblər. Yayılan məlumata görə, hücumlara baxmayaraq, radioaktiv maddənin yayılması baş verməyib.
İranın məlumatına görə, ABŞ-İsrail qüvvələri İranın şimal-qərbindəki Xondab ağır su kompleksinə hücum ediblər.
İran mediası Markazi vilayətinin nümayəndəsinə istinadən bildirir ki, hücum nəticəsində itki olmayıb.
Yayılan məlumata görə, ikinci zərbə Yəzd əyalətinin Ərdəkan şəhərində yerləşən bir istehsal müəssisəsini hədəf alıb.Yerli hakimiyyət orqanlarının məlumatına görə, müəssisədən radioaktiv maddənin sızması aşkar edilməyib.
Hücum, İsrail ordusunun Ərak şəhəri və şəhərin şimal-qərbindəki Xir Abad sənaye zonası üçün təxliyə xəbərdarlığı verməsindən qısa müddət sonra baş verib.