İranda ABŞ-ın hərbi müdaxiləsi tələbiylə Barselonada yüzlərlə nümayişçi aksiya keçirib
İranda ABŞ-ın hərbi müdaxiləsi tələbiylə yüzlərlə nümayişçi Barselona küçələrinə çıxıb.
“Reuters”in yazdığına görə, aksiya iştirakçılarının əksəriyyəti İran vətəndaşıdır.
“Biz çox zorakı bir rejimə qarşı olduğumuz üçün hücuma ehtiyacımız var. Diktatorlarla mübarizə aparmaq üçün xarici ölkənin köməyinə ehtiyacımız var”, – aksiya iştirakçılarından biri bəyan edib.
Aksiya iştirakçılarının bildirdiyinə görə, İran rejimi tərəfindən təhdid olunan insanları qorumaq üçün nümayişçilər ABŞ-dan hərbi yardım tələb edirlər.
Xatırladaq ki, ABŞ prezidenti İrana məhdud hücumlar etməyi nəzərdən keçirir.