İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi

İran yeni qanadlı raketi sınaqdan keçirdi. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni raketin hərəkət məsafəsi 1 300 kilometrdir.

İran Müdafiə Nazirliyinin yaydığı məlumata görə, raket hədəfi 1 200 kilometr məsafədə uğurla məhv etdi.

Tehranda deyirlər ki, raket proqramı müdafiə üçündür və heçkimə qarşı yönəldilməyib.

Buna baxmayaraq, proqrama görə, ABŞ və Avropa İttifaqı narahatdır.