İran XİN ölkənin Rusiyaya dronlar və ballistik raketlərin tədarükünə razılıq verməsi barədə xəbərləri təkzib edib
İran Rusiyaya dronlar və ballistik raketlər verməyə razılaşıb. Söhbət “quru-quruya” raket və dronların daha bir partiyasından gedir. Bu barədə “Reuters” agentliyi İranın yüksək rütbəli rəsmilərinə istinadən yazır.
Anonim diplomatlar iki ölkənin oktyabrın 6-da İran İslam İnqilabı Keşikçiləri Korpusu və Ali Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin Moskvaya səfəri zamanı razılığa gəldiyini bildiriblər.
İran Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edir. Agentliyin “Twitter” səhifəsində silah və dronların göndərilməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı deyilir.