İran Xarici İşlər Nazirliyinin sözçüsü - İran hücuma məruz qaldığı müddətcə danışıqlarda maraqlı deyilik
İran Xarici İşlər Nazirliyinin sözçüsü - İran hücuma məruz qaldığı müddətcə danışıqlarda maraqlı deyilik

İran hücum altında olduğu müddətdə danışıqlarda maraqlı deyil, – bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai bildirib.

“Hərbi təcavüz davam etdiyi müddətcə, qəti cavabdan başqa hər hansı bir məsələni müzakirə etmək üçün demək olar ki, yer qalmır”, – İsmail Bağai qeyd edib.

Bununla yanaşı, onun dediyinə görə, İran xalqı sərhədlərini müdafiə etmək üçün canından keçməyə hazırdır.

“İran xalqı üçün ölkənin xəritəsi hər bir iranlının qürur duyduğu və qorumaq üçün canından keçməyə hazır olduğu hər şeyi təmsil edir”, – İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Məlumat üçün bildirək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp müharibədən sonra İranın sərhədlərinin dəyişə biləcəyini bildirib və qeyd edib ki, İranın xəritəsi ehtimal ki, müharibədən sonra heç vaxt əvvəlki kimi olmayacaq.