İran Xarici İşlər Nazirliyi – Hörmüz boğazını tvit atmaqla, təyyarədaşıyan gəmi ilə, əmr verməklə və ya seçki çıxışı ilə ələ keçirmək qeyri-mümkündür, boğazın bağlanması və ya yenidən açılması yalnız Tehranın əmri ilə mümkündür

13:20, 15.08.2026

Hörmüz boğazını tvitlə, təyyarədaşıyan gəmi ilə, əmr verməklə və ya seçki çıxışı ilə ələ keçirmək qeyri-mümkündür, – İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etməyi planlaşdırdığı barədə bəyanatına belə münasibət bildirib.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin bildirdiyinə görə, Hörmüz boğazının bağlanması və ya yenidən açılması yalnız Tehranın əmri ilə mümkündür.

İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin iddiasına görə, Tehran nə təhdidlərdən, nə də güc nümayişindən qorxmur. Kazem Qəribabadi onu da qeyd edib ki, Vaşinqton „strateji və ağır məğlubiyyətlərini“ etiraf edənədək İran boğazın blokadasını davam etdirəcək.”

Oxşar