İran və Oman nümayəndələri Tehranda Hörmüz boğazı ilə bağlı danışıqlar keçiriblər

12:11, 26.07.2026

İran və Omanın xarici işlər nazirlərinin müavinləri Tehranda Hörmüz boğazı ilə bağlı danışıqlar aparıblar. Bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai yayır.

“Bu görüşlər zamanı tərəflər hər iki sahilyanı ölkənin suveren hüquqlarına hörmət etməklə, Hörmüz boğazında gəmilərin təhlükəsiz naviqasiyasının idarə edilməsinə dair ümumi prinsiplər və əməliyyat mexanizmləri barədə fikir mübadiləsi aparıblar”, – deyə Baqayi qeyd edir.

İsmayıl Baqainin bildirdiyinə görə, danışıqlar konstruktiv olub və müəyyən tərəqqi əldə olunub. Onun sözlərinə görə, Hörmüz boğazında dəniz nəqliyyatının statusunda heç bir dəyişiklik qeydə alınmayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsünün izah etdiyinə görə, Oman nümayəndə heyəti artıq Tehranı tərk edib, lakin tərəflər arasında texniki və siyasi məsləhətləşmələr davam edir.

Oxşar