İran və ABŞ arasında danışıqların beşinci raundu başa çatıb. Bu barədə “Associated Press” məlumat yayır.
“Müəyyən, lakin yekunlaşmamış irəliləyiş”, – Omanlı vasitəçi Romada keçirilən görüşü qiymətləndirərkən bildirib.
“Associated Press”in yazdığı kimi, proses artıq ən ciddi çağırışla üz-üzə olsa da, iki ölkə arasındakı danışıqlar davam edəcək. Medianın məlumatına görə, çətinliklər arasında ABŞ-ın İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etməsi də yer alır.
“Bu danışıqlar iki və ya üç görüşdə həll oluna bilməyəcək qədər mürəkkəbdir”, – İranın xarici işlər naziri Abbas Arağçi qeyd edib.
Nazir ümidvar olduğunu bildirib ki, danışıqların gedişatını asanlaşdıracaq bir qərarın qəbul edilməsi mümkün olacaq.