İran tərəfdarları Pakistanda ABŞ konsulluğuna hücum etməyə cəhd ediblər, nümayişçilər və polis arasında baş verən toqquşmada ən azı səkkiz nəfər həlak olub
Pakistanın liman şəhəri Karaçidə İranı dəstəkləyən yüzlərlə şəxs ABŞ konsulluğuna qarşı hücum etməyi cəhd edib. Nümayişçilərlə polis arasında baş vermiş qarşıdurmalar nəticəsində ən azı səkkiz nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Bu barədə “Euronews” məlumat yayır.
Hücum ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumdan və ölkənin ali lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra başlayıb.
“Karaçidəki mülki xəstəxanalara ən azı səkkiz cəsəd köçürdük. Konsulluqda baş vermiş hadisə zamanı daha 20 nəfər yaralanıb”, – xilasetmə xidmətinin nümayəndəsi bildirir və onların əksəriyyətində güllə yaraları olduğunu qeyd edir.
Beynəlxalq mediada yayılan məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıdıb və vəziyyət nəzarət altına alıb.