İran prezidenti yanvarın 17-də Moskvaya rəsmi səfər edəcək
İran prezidenti yanvarın 17-də Moskvaya rəsmi səfər edəcək, – bu barədə Kremlin mətbuat xidməti məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət və investisiyalar, nəqliyyat və humanitar sahələrin, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir”, – Kremlin mətbuat xidmətinin bəyanatında deyilib.
Kremlin mətbuat xidmətində qeyd etdikləri kimi, Putin və Pezeşkian Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq sazişini imzalayacaqlar.
“Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Saziş imzalayacaq, həmçinin mediaya bəyanatlar verəcəklər”, – bəyanatda deyilib.