İran prezidenti – Co Baydenə deyirəm ki, İran 43 il əvvəl azad edilib
İran prezidenti İbrahim Rəisi Co Baydenə cavab verib və İranın 43 il əvvəl azad edildiyini açıqlayıb. Rəisi “İranı azad edəcəyini” vəd edən ABŞ prezidentinin bəyanatına belə cavab verib.
ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsinin 43-cü ildönümü ilə bağlı keçirilən nümayişdə çıxış edən İbrahim Rəisi 1979-cu ilin İslam İnqilabından danışıb.
“Mən Baydenə deyirəm ki, İran 43 il əvvəl azad edilib” -deyə İran lideri Tehranda keçirilən aksiyada çıxışı zamanı bildirib.
ABŞ prezidenti Konqresin aralıq seçki kampaniyası zamanı açıqlayıb: “Narahat olmayın, biz tezliklə İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”.