İran prezidenti – İsrail daha geniş münaqişə yaratmağa çalışır
İran İsrailin Livana aviazərbələrini sərt şəkildə qınayır. Bu barədə “BBC” yazır.
Ölkə prezidenti Məsud Fezeşkianın bildirdiyi kimi, İsrail daha geniş münaqişə yaratmağa çalışır.
Fezeşkian bildirir ki, Qərb Qəzzada atəşkəs səylərinə mane olmamaq üçün İranı İsrailə qarşı cavab hücumu etməməyə çağırırdı.
“Biz cavab verməməyə çalışdıq. Onlar bizə daim deyirdilər ki, biz sülhə nail olmaq ərəfəsindəyik, lakin biz heç vaxt bu əlçatmaz sülhə nail ola bilmədik”, – Fezeşkian bildirib.
Xatırladaq ki, İsrail Livana hava hücumu həyata keçirib. Hücum nəticəsində ölənlərin sayı 21-i uşaq olmaqla 274-ə yüksəlib. Ən azı 1024 nəfər xəsarət alıb.